Anasayfam Yap    -
Reklam     -
Kunye     -
Son Mansetler    -
Iletisim                                 
Facebook    -
ÖLÜ KUŞ GİBİ ÇOCUKLARI TOPLADIK
ÇARPIK BİR SİSTEME GEÇTİK
UYGUR TÜRKLERİNİ MÜSLÜMAN ÜLKELER YOK SAYDI
BEŞİKTEN TOPLAMA KAMPINA
Karakter boyutu :13 Punto15 Punto17 Punto19 Punto

ABBAS LİSANİ'YE DESTEK

ABBAS LİSANİ'YE DESTEK
2019-02-10 15:45:46


 



“Siyasi məhbuslarla bağlı BMT-dən kömək istəmişik”-Çöhrəqanlıdan Abbas Lisaniyə dəstək



Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri Abbas Lisani ilə bağlı müdafiə kampaniyası davam edir.  



Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı da Abbas bəyin taleyindən narahat olduğunu bildirib. Doktor Çöhrəqanlı Cebhe.info-ya açıqlamasında deyib ki, Abbas Lisaninin oğurlayanlar qanunları da, humanizm prinsiplərini də ayaqaltı ediblər: 



“Abbas bəy Lisani Güney Azərbaycan Milli Hərəkatının öncüllərindən biridir. O, fəaliyyətinin qanun çərçivəsində həyata keçirsə də dəfələrlə təzyiq və təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilib, rejim həbsxanalarında  işgəncə görüb. Bu dəfə molla rejimi daha qəddar davranaraq, bütün qanunları ayaqaltı edərək onun oğurlayıb. Hazırda onun taleyindən xəbər yoxdur. Onu oğurlayan rejim nümayəndələri ailəsini də ölümlə təhdid edib. Xanımına “Abbas bəyin cəsədini alacaqsınız” deyiblər. Bu qanunlara da, insanlığa, humanizm prinsiplərinə də hörmətsizlikdir”. 





Çöhrəqanlı GAMOH-un Abbas Lisaninin müdafiə kampaniyasına dəstək verdiyini bildirib: “Biz çox məhdud imkanlarımızla sosial mediada, xüsusilə İranda daha çox populyar olan İnstagram və Telegram sosial şəbəkəsi və mobil əlavəsi üzərindən Abbas bəyin və digər siyasi məhbusların durumu ilə bağlı məlumatlar yayır, xalqımızı xəbərdar edirik. Çalışırıq dünya ictimaiyyətinə siyasi məhbuslarımızın durumu barədə məlumat verək.  GAMOH olaraq durumla bağlı BMT-nin İranla bağlı insan hüquqları üzrə nümayəndəsində məlumat vermiş, siaysi məhbusların azad olunması üçün kömək istəmişik. GAMOH-un təmsilçiləri müxtəliv media orqanlarına çıxaraq güneyli siyasi dustaqların vəziyyəti ilə bağlı geniş məlumat verir, təbliğat işi aparırlar”.  



M.Çöhrəqanlı deyib ki, GAMOH-un Avropadakı təmsilçiləri yaxın günlərdə Almaniyada aksiyalar keçirəcək: “GAMOH üzvləri, Milli Hərəkatın nümayəndələri Ankarada, İstanbulda, Bakıda, Avropanın paytaxt şəhərlərində İran səfirliklərinin önündə aksiyalar keçirməlidir. Abbas Lisaninin, digər siyasi məhbusların azad olunması üçün bütün lazımi addımları atacağıq”.



Aydın Turan 

Cebhe.info


Bu haber toplam 1095 defa okundu


YAZARLAR

Ger?? Duymayan Kalmas? Kalemiyet.Com